DataLife Engine > Dünya > İranda güclü partlayış baş verdi

İranda güclü partlayış baş verdi


29-10-2019, 15:10. Yerləşdirdi: Gunay İranda güclü partlayış baş verdi
İranın qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Urmiya rayonunun Kəvələq kəndi ərazisində Tətbiqi Elmlər Universitetinin həyətindəki binalardan birində güclü partlayış olub.

"Xalqinfo" xəbər verir ki, bunu İranın Qərbi Azərbaycan vilayətinin Urmiya rayonu yanğınsöndürmə və təhlükəsizlik xidmətləri idarəsinin rəisi İbrahim Şad Quşçu deyib.

İ.Ş.Quşçunun sözlərinə görə, bina Urmiya Kənd Təsərrüfatı müəssisələri inkişaf mərkəzinə məxsusdur.

İdarə rəisi əlavə edib ki, hadisə nəticəsində 6 nəfər yaralanıb

Xalqinfo.az
Geri qayıt