DataLife Engine > Dünya > Bağdadda komendant saatı elan edildi

Bağdadda komendant saatı elan edildi


28-10-2019, 22:49. Yerləşdirdi: Gunay Bağdadda komendant saatı elan edildi
İraqda “Sədr hərəkatı”nın lideri Muktəda əs-Sədr Baş Nazir Adil Əbdulmehdini vaxtından əvvəl seçkilərə çağırıb.

“Xalqinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Sədr İraqda nümayişlərin davam etməli olduğunu bildirirək, polisin etirazçılara müdaxiləsini qınayıb. Şiə lideri ölkə əhalisinə çağırış edərək “nümayişləri davam etdirin, korrupsionerlərin cəzalandırılması hələ baş verməyib” deyib.

Digər tərəfdən paytaxt Bağdadda komendant saatı tətbiq edilib. 3 gündür aksiyaları dağıtmağa çalışan hökumət gecə yarısından küçələrə çıxmağa qadağa qoyub.

Xalqinfo.az
Geri qayıt