DataLife Engine > Dünya > Hərbi hissədə 8 əsgəri güllələyənin şəxsiyyəti bilindi

Hərbi hissədə 8 əsgəri güllələyənin şəxsiyyəti bilindi


25-10-2019, 20:08. Yerləşdirdi: Gunay Hərbi hissədə 8 əsgəri güllələyənin şəxsiyyəti bilindi
Rusiyanın Zabaykal diyarında hərbi hissədə əsgərləri güllələyən hərbçinin şəxsiyyəti müəyyənləşib.

"Xalqinfo" Rusiya KİV-nə istinadən xəbər verir ki, cinayəti 20 yaşlı əsgər Ramil Şamsutdinov törədib. 8 hərbçini öldürüb, 2-ni yaralayan Ramilin hadisəni şəxsi problemlər fonunda əsəb sisteminin pozulması nəticəsində törətdiyi bildirilmişdi. Digər məlumata görə isə, Şamsutdinov əsgər yoldaşlarını qeyri-qanuni münasibətlər səbəbindən güllələyib.

O, polisə ifadəsində əməlindən peşman olmadığını deyib.

Xalqinfo.az
Geri qayıt