DataLife Engine > Dünya > Rəsmi Tehrandan ABŞ-ın sanksiya qərarına münasibət

Rəsmi Tehrandan ABŞ-ın sanksiya qərarına münasibət


5-09-2019, 11:27. Yerləşdirdi: Tural Rəsmi Tehrandan ABŞ-ın sanksiya qərarına münasibət




İran Xarici İşlər Nazirliyi ABŞ-ın bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyaları genişləndirmək qərarını şərh edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, XİN-in nümayəndəsi Abbas Müsəvi “RT” telekanalına açıqlamasında növbəti məhdudlaşdırıcı tədbirlərin İran millətinə zərbə vurmaq məqsədi daşıdığını bildirib.

“Bu cür tədbirlər hər zamanki kimi heç bir şeyə səbəb olmayacaq. Bu, ABŞ-ın iranlılarla aldadıcı rəftarının tarixinə kədərli anlar əlavə edəcək, baxmayaraq ki, bir gün öz hərəkətləri üçün mütləq məsuliyyət daşıyacaqlar”, - deyə XİN rəsmisi vurğulayıb.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi sentyabrın 4-də İranın 20-dən çox fiziki və hüquqi şəxsinə, eləcə də bir neçə neft tankerinə qarşı sanksiya tətbiq edib.


Geri qayıt