DataLife Engine > Dünya, BLOK XƏBƏR > ABŞ daha bir qızğın “quzğunu” Rusiyanın üzərinə göndərir

ABŞ daha bir qızğın “quzğunu” Rusiyanın üzərinə göndərir


11-08-2019, 15:00. Yerləşdirdi: Tural ABŞ daha bir qızğın “quzğunu” Rusiyanın üzərinə göndərir




ABŞ prezidenti Donald Tramp Rusiya üzrə yeni müşavirini təyin edib. Bu Təhülkəsizlik şurasının üzvü Tim Morrisondur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, yerli siyasi ekspertlər onu Rusiya və İran siyasəti ilə bağlı “quzğun”ların sırasına daxil edib. Yeni müşavir ABŞ-ın nüvə potensialının artırılmasından və onu məhdudlaşdıracaq bütün sazişlərin ləğvindən yanadır.

Analitiklər Tim Morrison üçün “bığsız Con Bolton” kəlməsini işlədirlər ki, bu da yanlış sayılmır. Yeni müşavir sadəcə ondan daha gənc və daha qızğındır. Özünü mediadan kənarda tutmağa çalışan Tim Morrison adətən heç kimə müsahibə vermir. Onun hər kəs üçün yeganə açıq çıxışı İrana həsr etdiyi brifinq olub. Burada o, rəsmi Tehran və Moskvanın ünvanına sərt ifadələr işlədib.

Tim Morrison mövqeyinə görə təkcə Con Boltonun deyil, keçmiş müşavir, general-leytenant Herbert Makmasterin də təqdirini qazanıb.

Bundan başqa, T.Morrisonun müşavir vəzifəsinə təyin olmaqla bərabər Təhlükəsizlik Şurasındakı yerini qoruması maraq doğurub. Respublikaçılar partiyasının tanınmış məsləhətçilərindən Ceyms Catras bunu Con Boltonun yeni qələbəsi adlandırıb: “Təhlükəsizlik Şurasında Boltonun adamları və ya onunla eyni fikirləri paylaşanlar oturub. Lakin biz bilmirik ki, onların hamısı prezidentin siyasəti ilə razılaşır, yoxsa yox... bütün sistem sanki avtoilotda idarə olunur. Tramp hələ də seçkiqabağı yarışda onun ideyalarını tam dəstəklədiyini bəyan edən bir kadr tapa bilməyib”.

Картинки по запросу tim morrison john bolton

Con Bolton

Mütəxəssislərin fikrincə, Tim Morrisonun önündə duracaq əsas məsələ Rusiya ilə imzalanan nüvə anlaşmalarıdır. Yeni müşavir Təhlükəsizlik Şurasında Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında (OKMRL) sazişin qüvvədən düşməsinin əsas təşəbbüskarlarından olub. İndi qarşıda daha bir mühüm beynəlxalq-hüquqi sənədin- Strateji hücum silahları haqqında sazişin taleyinin necə həll oluması gəlir. 2010-cu ildə Barak Obama və Dmitri Medvedev arasında imzalanan anlaşmanın müddəti 2021-ci ildə bitir.

ABŞ-ın Kolumbiya universitetinin professoru Robert Leqvold Rusiyanın “Kommersant” qəzetinə verdiyi müsahibədə müddətin uzadılması məsələsinin həm administrasiya daxilində, həm də Senatda ciddi parçalanmalar yaratdığını, ən sərt mövqeyin (yəni uzadılmaması-red.) məhz Bolton-Morrison tərəfindən sərgiləndiyini bildirir.
Geri qayıt