DataLife Engine > Dünya, BLOK XƏBƏR > Atambayevin barəsində qərar çıxarıldı -

Atambayevin barəsində qərar çıxarıldı -


9-08-2019, 09:05. Yerləşdirdi: Tural Atambayevin barəsində qərar çıxarıldı -



Xüsusi xidmət orqanları əməkdaşları tərəfindən saxlanılan Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin dindirilməsi bir neçə saat davam edib.

“Qafqazinfo” "Regnum" İnformasiya Agentliyinə istinadən xəbər verir ki, o, Qırğızıstan Dövlət Milli Təhükəsizlik Komitəsində 6 saat sorğu-sual edilib. Avqustun 8-i Bakı vaxtı ilə saat 22:00-da başlayan və bu gün saat 04:00-da yekunlaşan dindirilmə prosesində vəkil Sergey Slesarev də iştirak edib. Ona qarşı hansı ittihamların irəli sürüldüyü isə hələ məlum deyil.

Xatırladaq ki, Atambayev avqustun 8-də könüllü şəkildə xüsusi xidmət orqanlarının əməkdaşlarına təslim olub.

**

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev məhkəmənin qərarı ilə avqustun 26-dək həbs edilib.

“Qafqazinfo” “TASS”a istinadən bildirir ki, bu barədə keçmiş ölkə başçısının vəkili Sergey Slesarev məlumat verib.

Atambayev Qırğızıstanın Dövlət Milli Təhükəsizlik Komitəsinin İstintaq Təcridxanasına yerləşdirilib
Geri qayıt