DataLife Engine > Dünya > ABŞ hərbi texnikaya 2 trilyon xərclədi

ABŞ hərbi texnikaya 2 trilyon xərclədi


2-08-2019, 11:04. Yerləşdirdi: Tural ABŞ hərbi texnikaya 2 trilyon xərclədi




2018-ci il ərzində ABŞ 87 silah və hərbi texnika alışı proqramına 2 trilyon dollardan çox pul xərcləyib.

Xalqinfo.az xəbər verir ki, bu məlumat ABŞ Müdafiə Nazirliyinin əsas müdafiə alışları haqqında illik hesabatında yer alıb.

Məlumata görə, 2018-ci il ərzində ABŞ-ın silahlanma üçün xərcləri 2017-ci ildəkindən 101 milyard dollar çox olub. Ümumi xərcin 921 milyard dolları ABŞ Hərbi Dəniz Qüvvələri proqramlarına, 624 milyard dolları Müdafiə Nazirliyi satınalmalarına, 269 milyard dolları Hərbi Hava Qüvvələri proqramlarına, 199 milyard dolları isə Quru Qoşunlarının ehtiyatları üçün xərclənib.

ABŞ-ın ötən il ən çox pulu “Virciniya” tipli sualtı atom qayıqlarına xərclədiyi bildirilib. Vaşinqton bu gəmilər üçün 161,5 milyard dollar ödəniş edib.
Geri qayıt