DataLife Engine > Dünya, BLOK XƏBƏR > Tramp: "İranla müharibə başlasa, heç kimin görmədiyi dağıntılar olacaq"

Tramp: "İranla müharibə başlasa, heç kimin görmədiyi dağıntılar olacaq"


22-06-2019, 11:48. Yerləşdirdi: Tural Tramp: "İranla müharibə başlasa, heç kimin görmədiyi dağıntılar olacaq"





ABŞ prezidenti Donald Tramp bildirib ki, o, İranla misli görünməmiş dağıntılara gətirib çıxaracaq müharibəyə başlamaq istəmir.

Xalqinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Amerika lideri NBC televiziya şirkətinə müsahibəsində bildirib.

"Mən müharibəyə (İranla -red) cəhd etmirəm və əgər o olacaqsa, onda heç kimin görmədiyi dağıntılar olacaq", - deyə Tramp qeyd edib.

Amerika lideri "mən buna cəhd etmirəm", - deyə bir daha təkrar edib.

O, həmçinin əmin edib ki, ABŞ İranla dialoqun başlaması üçün heç bir şərt irəli sürmür.

"Onlara (iranlılara – red) nüvə silahına malik olmaq olmaz", - Tramp deyib. "Əgər onlar bu barədə danışmaq istəyirlərsə, bu yaxşıdır", - deyə Ağ Ev rəhbəri əlavə edib.
Geri qayıt