DataLife Engine > Dünya, MANŞET > Gürcüstan Prezidenti səfərini yarımçıq kəsdi

Gürcüstan Prezidenti səfərini yarımçıq kəsdi


21-06-2019, 12:03. Yerləşdirdi: Tural  Gürcüstan Prezidenti səfərini yarımçıq kəsdi




Belarusda rəsmi səfərdə olan Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisidə baş vermiş kütləvi aksiyalara görə təcili ölkəsinə qayıdır.

“Xalqinfo” xəbər verir ki, bu barədə “TASS” agentliyinə Belarus hökumət dairələrindəki mənbə məlumat verib.

“Gürcüstan Prezidenti hazırda hava limanına yola düşüb”, - deyə mənbə bildirib.



Məlumata görə, bu gün səhər saatlarında Belarus Hökumət Evində Zurabişvilinin bu ölkənin Baş Naziri Sergey Rumasla görüşü olmalı idi. Bina qarşısında gözləyən jurnalistlər məkanı tərk ediblər.

Qeyd edək ki, Gürcüstan Prezidenti iyunun 20-də Minskə səfər edib. Onun belaruslu həmkarı Aleksandr Lukaşenko, Baş Nazir və Belarus parlamentinin hər iki palatasının rəhbərləri ilə görüşü planlaşdırılmışdı. O, həmçinin fəxri qonaq olaraq II Avropa Oyunlarının açılış mərasimində iştirak etməli idi.

Xatırladaq ki, iyunun 20-də Parlamentlərarası Pravoslavlıq Assambleyasında Rusiya Kommunist Partiyasının nümayəndəsi Sergey Qavrilovun Azərbaycanda səfərdə olan İrakli Kobaxidzenin yerində oturması parlamentdə gürcü deputatların etirazına səbəb olub. Onlar ümumiyyətlə, rusiyalı nümayəndə heyətinin Tbilisidə olmasına etiraz ediblər.

Gürcüstanın hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının liderləri baş verənləri “protokol səhvi” adlandırsa da müxalifət bununla razılaşmayıb. Parlementin qarşısına toplaşan nümayişçilər spiker İrakli Kobaxidzenin istefasını tələb ediblər. Mitinqdə, həmçinin, növbədənkənar seçkilərin keçirilməsi tələb edilib.

Baş vermiş hadisələr fonunda Daxili İşlər naziri Georgi Qaxariya istefaya getməyə hazır olduğunu bəyan edib.

***

Gürcüstan Prezident Administrasiyası da Zurabişvilinin Belarus səfərini yarımçıq kəsdiyini təsdiqləyib.
Geri qayıt