DataLife Engine > Dünya > Poroşenkoya qarşı dördüncü cinayət işi açıldı

Poroşenkoya qarşı dördüncü cinayət işi açıldı


27-05-2019, 20:17. Yerləşdirdi: Tural Poroşenkoya qarşı dördüncü cinayət işi açıldı





Ukraynanın keçmiş prezidenti Petro Poroşenkoya qarşı dördüncü cinayət işi açılıb.

“Xalqinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə vəkil Andrey Portnov bildirib. Poroşenko bu dəfə “məhkəmə hakimiyyətini qəsbetmə” maddəsi üzrə ittiham olunur.

Portnovun sözlərinə görə, hazırda Poroşenko ilə bağlı 3 ittiham üzrə istintaq işi gedir – dövlətə xəyanət, çirkli pulların yuyulması və vəzifəsindən sui-istifadə etmək. Bundan başqa, ona qarşı daha 10 ittiham aktı hazırlanır.


Geri qayıt