DataLife Engine > Dünya, BLOK XƏBƏR > İmamoğlunun nəticələri niyə ləğv olundu?

İmamoğlunun nəticələri niyə ləğv olundu?


7-05-2019, 13:17. Yerləşdirdi: Tural İmamoğlunun nəticələri niyə ləğv olundu?




Türkiyə Ali Seçki Komissiyasının (YSK) günlərdir gözlənilən İstanbul seçkiləriylə bağlı qərarı ötən gün axşam saatlarında açıqlandıqdan sonra maraqlı sual ortaya çıxıb: “Əkrəm İmamoğlunun nəticələri niyə ləğv olundu?”.

“Xalqinfo”nun “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, komissiyanın 4 səs əleyhinə və 7-si lehinə olmaqla qəbul etdiyi bu qərara səbəb kimi qanuna əsasən, seçkiləri ictimai vəzifəli şəxsin izləməməyi göstərilib.

Qeyd olunur ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) etirazları nəticəsində seçki məntəqələrindən 225-nin rəhbəri ilə 3500 üzvünün ictimai vəzifəli şəxs olmadığı, bu məntəqələrdə verilən səslərin aradakı fərqə təsir etdiyi müəyyən olunub.

Xatırladaq ki, Türkiyədə 31 martda keçirilmiş bələdiyyə seçkilərində İstanbulda müxalif CHP partiyasının nümayəndəsi Əkrəm İmamoğlu 25 il sonra Böyükşəhər bələdiyyəsində qələbə qazanmışdı.


Geri qayıt