DataLife Engine > Dünya > Krım gözəli:

Krım gözəli:


21-03-2019, 17:47. Yerləşdirdi: Tural Krım gözəli:



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Krıma səfər etsə, krımlıların əhval-ruhiyyəsini öz gözləri ilə görəcək və bura vurulacaq.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Krım Muxtar Respublikasının sabiq prokuroru, Rusiya Dövlət Dumasının deputatı Natalya Poklonskaya deyib.

“Əgər Türkiyə prezidenti bizə səfər etsə, Krıma vurulacaq və öz evlərində, vətənlərində olduğu üçün sevinən, özlərini müdafiə etmiş krımlıları və sevastopolluları öz gözləri ilə görəcək”, - Poklonskaya bildirib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Krımda ictimaiyyət nümayəndələri ilə görüş zamanı bildirib ki, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı oradakı Cümə Məscidinin açılış mərasiminə dəvət edib: “O, dəvətimizi müsbət qarşılayıb. Baxaq görək, gəlməyə zamanı olacaqmı...”.
Geri qayıt