DataLife Engine > Dünya, BLOK XƏBƏR > 50 müsəlmanın qətli ilə bağlı 3 nəfər tutuldu

50 müsəlmanın qətli ilə bağlı 3 nəfər tutuldu


16-03-2019, 10:15. Yerləşdirdi: Tural 50 müsəlmanın qətli ilə bağlı 3 nəfər tutuldu




Yeni Zelandiyanın Kraysçörç şəhərində iki məsciddə 50 nəfərin qətlə yetirilməsi ilə bağlı 3 nəfər tutulub.

Xalqinfo.az İHA-ya istinadən xəbər verir ki, bu barədə Yeni Zelandiyanın baş naziri Yasinda Ardern məlumat verib.

Onun sözlərinə görə, Avstraliya vətəndaşı olan Brenton Tarrant gün ərzində hakim qarşısına çıxarılacaq.



Baş nazir vətəndaşlara səslənərək şübhəli kimsəni gördükləri təqdirdə polislərə məlumat vermələrini istəyib.

Qeyd edək ki, hazırda müxtəlif xəstəxanalarda aralarında 5 yaşlı uşaq olmaqla 47 yaralının müalicəsi davam etdirilir. Onlardan 2 nəfərin vəziyyətinin daha ağır olduğu bildirilir. Ölü sayının artacağı istisna edilmir.
Geri qayıt