DataLife Engine > Dünya > Şakira Venesuela hökumətinə videomüraciət etdi

Şakira Venesuela hökumətinə videomüraciət etdi


23-02-2019, 22:46. Yerləşdirdi: Tural Şakira Venesuela hökumətinə videomüraciət etdi




Kolumbiyalı müğənni Şakira Venesuela hökumətinə videomüraciət ünvanlayıb.

Xalqinfo.az xəbər verir ki, həmin video çarxı ulduz özünün tvitter hesabına yerləşdirib.

Müğənni müraciətində ölkə tarixinin ən ağır böhranını yaşıyan Venesuela xalqına dəstəyini ifadə edib. Şakira sərhədlərin açılmasının və ölkə ərazisinə humanitar yardımların buraxılmasının vacibliyini vurğulayıb:

“Siyasi maraqların xalqın fundamental tələbatlarından yüksəkdə dayanmasına yol vermək olmaz”.

Müğənni, eyni zamanda Venesuelada demokratiyanın bərpasına ümid etdiyini qeyd edib.


Geri qayıt