DataLife Engine > Dünya > Analara 31 min avro veriləcək -

Analara 31 min avro veriləcək -


12-02-2019, 01:22. Yerləşdirdi: Tural Analara 31 min avro veriləcək -






Macarıstanda doğuşların sayının artırılması məqsədlə analara 31 min avroluq subsidiya ayrılacaq.
Xalqinfo.az xəbər verir ki, bununla bağlı baş nazir Viktor Orban qaydaları təsdiqləyib.

Qaydaya əsasən, 40 yaşdan cavan hər bir qadın ilk evliliyi dövründə sərbəst istifadə etmək üçün dövlətdən 31 min 417 avro dəyərində faizsiz kredit alacaq. İlk uşaq dünyaya gəldikdə kreditin ödənişi üç il dayandırılacaq, ikinci uşaq doğulduqda dövlətə qaytarılmalı olan məbləğ 10 min dollara qədər azaldılacaq, üçüncü uşaqdan sonra isə ana bütün kreditdən azad ediləcək.

Bundan başqa, dövlət büdcəsinə ev alan və sadələşdirilmiş ipoteka götürən çoxuşaqlı ailələr üçün kredit proqramının asanlaşdırılması üzrə bənd əlavə edilib. Həmçinin üçuşaqlı ailələr 7,5 min avro məbləğində faizsiz kredit götürə biləcəklər.

Dörd və ya daha çox uşağı olan qadınlar isə ömürlərinin sonuna qədər vergi ödəməyəcək.
Geri qayıt