DataLife Engine > Dünya > Venesuelada Quaidonun mülkiyyətində yoxlama aparılır

Venesuelada Quaidonun mülkiyyətində yoxlama aparılır


11-02-2019, 23:38. Yerləşdirdi: Tural Venesuelada Quaidonun mülkiyyətində yoxlama aparılır




Venesuelanın Baş Nəzarət İdarəsi Milli Assambleya sədri və müxalifət lideri Xuan Quaido mülkiyyətini yoxlamağa başlayıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu bazar ertəsi respublikanın Baş Nəzarət İdarəsi Elvis Amoroso deyib.

"Venesuela Bolivar Respublikası Baş Nəzarət İdarəsi Xuan Quaidonun əmlakının yoxlanılması proseduruna başlanılması barədə göstəriş verib", - deyə Amoroso bildirib.

Onun sözlərinə görə, bu barədə qərarın verilməsinə Quaidonun öz real aktivləri barədə məlumatı gizlətməsi və ya saxtalaşdırması, həmçinin qanuni əsaslar olmadan xarici strukturlardan pul alması ehtimalı olub.

Quaidonun özü baş verənləri hələ ki, şərh etməyib.
Geri qayıt