DataLife Engine > Dünya, BLOK XƏBƏR > Soros və Klinton Paşinyan üçün “qırmızı xət”lər çəkdi –

Soros və Klinton Paşinyan üçün “qırmızı xət”lər çəkdi –


5-02-2019, 17:14. Yerləşdirdi: Tural Soros və Klinton Paşinyan üçün “qırmızı xət”lər çəkdi –



Ermənistanda müxtəlif qruplaşmalar arasında mübarizə kəskinləşir.

Publika.az “Sputnik” agentliyinə istinadən xəbər verir ki, bu haqda jurnalistlərə açıqlamasında erməni siyasi texnoloqu Viqen Akopyan jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, müxtəlif qruplar ölkənin strateji sahələrini nəzarəti altına almağa çalışırlar. Viqen Akopyan qeyd edib ki, Ermənistan üçün strateji əhəmiyyətə malik sferalar, məsələn, maliyyə və müdafiə üzərində nəzarət inqilabın aktiv iştirakçılarına etibar edilməyib.

“Bura Mərkəzi Bank, Müdafiə Nazirliyi, Dövlət Gəlirləri Komitəsi və Maliyyə Nazirliyi daxildir. Bu idarələr sınaqlardan kənarda qaldı. Nikol Paşinyan bu sferalarda riskə getmədi”, - Akopyan deyib.

Başqa sferalara gəlincə, texnoloqun sözlərinə görə, onlar “eksperimental zona” xarakteri daşıyır:

“Bu sferalara inqilabda iştirak edən insanlar təyin edilib. Bu insanlar kifayət qədər rəngarəng tərkibə malikdir, ora tamamilə müxtəlif axınların, partiyalar və təşkilatların nümayəndələri, həmçinin, Klinton (ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton –red.) və Corc Sorosun fondları tərəfindən maliyyələşdirilən insanlar girdilər. Müxtəlif qruplaşmaların arasında təsir üçün mübarizə başlanıb. Maliyyə Nazirliyi və Dövlət Gəlirləri Komitəsinə ayrı diqqət yetirilir. Soros fondları ilə assosiasiya edilən qruplaşmalar maliyyə sferasını nəzarət altına almağa çalışırlar”, - Akopyan qeyd etdi.
Geri qayıt