DataLife Engine > Dünya > Trampın gündəlik proqramının bir hissəsi yayıldı

Trampın gündəlik proqramının bir hissəsi yayıldı


5-02-2019, 04:43. Yerləşdirdi: Tural  Trampın gündəlik proqramının bir hissəsi yayıldı



ABŞ Prezidenti Donald Tramp Ağ Evdəki gündəlik proqramının təxminən 60 faizini özünə ayırır.

Xalqinfo.az xəbər verir ki, bu barədə Ağ Evdə çalışan səlahiyyətli nüməyəndələrdən biri məlumat yayıb. Belə ki, adı açıqlanmayan şəxs Trampın son 3 ayını əhatə edən gündəlik proqramını mediaya sızdırıb.

Sözügedən proqramı yayımlayan "Axios" xəbər saytının iddiasına görə, hər gün saat 08:00-dən 11:00-ə qədər brifinq keçirilir. Tramp isə yerdən saat 06:00-da qalxmasına baxmayaraq, saat 11:00-ə qədər Oval ofisə gəlmir. Tramp hər gün səhər təxminən 5 saat özünə vaxt ayırır. Bu müddət ərzində televiziya izləyir, qəzet oxuyur. Tvitterdə vaxt keçirir və bəzi şəxslərlə telefon danışıqları aparır.
Geri qayıt