DataLife Engine > Dünya, BLOK XƏBƏR > "Qarabağ münaqişəsinin sülh yolu həlli vacibdir" -

"Qarabağ münaqişəsinin sülh yolu həlli vacibdir" -


19-01-2019, 23:03. Yerləşdirdi: Tural "Qarabağ münaqişəsinin sülh yolu həlli vacibdir" -





ABŞ Prezidenti Donald Tramp Nikol Paşinyana Ermənistanın Baş naziri təyin olunması ilə əlaqədar təbrik məktubu göndərib.

Xalqinfo.az TASS-a istinadən verdiyi məlumata görə, o, məktubunda N.Paşinyanı Baş nazir təyin edilməsi və siyasi blokunun 2018-ci il dekabr ayında keçirilmiş parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

"Birlikdə ölkələrimiz arasında ticarət və iqtisadi əlaqələrin dərinləşməsində, qlobal təhlükəsizliyin möhkəmləndirilməsində və korrupsiyaya qarşı mübarizədə irəliləyiş əldə edə bilərik. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli bu səylərə öz töhfəsini verəcək.".
Geri qayıt