DataLife Engine > Dünya > Türkiyədə Rusiya səfirinin qətli ilə bağlı ilk məhkəmə prosesi başladı

Türkiyədə Rusiya səfirinin qətli ilə bağlı ilk məhkəmə prosesi başladı


8-01-2019, 19:06. Yerləşdirdi: sefa Türkiyədə Rusiya səfirinin qətli ilə bağlı ilk məhkəmə prosesi başladı
Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə bağlı ilk məhkəmə prosesi başlayıb.

Xalqinfo.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, proses Ankara İkinci Ağır Cinayətlər Məhkəməsində keçirilir.

Ümumilikdə müttəhim kürsüsündə 14 nəfər əyləşib, həbsdə olan dörd nəfər isə prosesə videogörüntü vasitəsilə qoşulub.

Qeyd edək ki, səfir A.Karlov 2016-ci ilin dekabrın 19-da Ankarada fotosərginin açılışında güllələnib. Diplomatı polis əməkdaşı Mövlud Altıntaş güllələyib. M.Altıntaş hüquq-mühafizə orqanlarının açdığı atəş nəticəsində zərərsizləşdirilib.
Geri qayıt