DataLife Engine > Dünya, BLOK XƏBƏR > İngilislər qorxuda:

İngilislər qorxuda:


7-01-2019, 12:04. Yerləşdirdi: Tural İngilislər qorxuda:




Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) Skripal insidenti ilə əlaqədar Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) əməkdaşlarının Londondan çıxarılmasından sonra Britaniyada yeni casus şəbəkəsi yaratmağa cəhd edir.

Xalqinfo.az xəbər verir ki, bu məlumatı “Teleqraf” qəzeti yayıb. Məlumata görə, London SVR-i QRU-dan daha təhlükəli və peşəkar sayır və SVR-in ölkə ərazisini Rusiya kəşfiyyatı üçün plasdarm edəcəyindən narahatdır.

Qəzet bununla bağlı xidmətə artıq Kremldən tapşırıq da verildiyini açıqlayıb.

“Biz daha çox SVR-dən qorxuruq. Ona görə ki, QRU haqqında bildiklərimizlə müqayisədə SVR haqqında heç nə bilmirik. Moskvanın SVR-ə böyük resurslar və fəaliyyət azadlığı verməsi bizdə böyük narahatlıq yaradır. Belə ki, SVR daha peşəkar təşkilatdır”, – deyə qəzetin mənbəsi bildirib.
Geri qayıt