DataLife Engine > Dünya > Makron güzəştə getdi -

Makron güzəştə getdi -


11-12-2018, 11:18. Yerləşdirdi: Tural  Makron güzəştə getdi -



Fransa prezidenti Emmanuel Makron “sarı jiletlilər”in ölkəni bürümüş üsyanına münasibət bildirib.


Xalqinfo.az xarici mətbuata istinadən xəbər verir ki, fransalı lider son həftələr baş verən hadisələrin “xalqı sarsıtdığını” deyib. O hesab edir ki, etirazçıların qanuni tələbləri yolverilməz zorakılıqla qarışıb və buna bəraət qazandırmaq olmaz.

Makronun sözlərinə görə o, gələn il islahatlar planı hazırlamaqla bağlı hökumətə göstəriş verib. İlk növbədə təhsil sistemində dəyişiklik ediləcək: “Biz bu yolla çox yavaş yeriyirdik. Ancaq indi tez və qəti addımlamaq lazımdır”.

Fransa prezidenti 2019-cu ildə minimum əmək haqqının 100 avro artacağını deyib və işəgötürənləri ilin sonunda əməkdaşlarına mükafat ödəməyə çağırıb. Bu ödəmələrə vergi tətbiq edilməyəcək.

Bundan başqa, o, 2 min avrodan az gəliri olan vətəndaşları vergidən azad edib.
Geri qayıt