DataLife Engine > Dünya, BLOK XƏBƏR, MANŞET > ABŞ Fransada məxməri inqilab edir, səbəbi isə - Sensasion şərh

ABŞ Fransada məxməri inqilab edir, səbəbi isə - Sensasion şərh


11-12-2018, 11:07. Yerləşdirdi: Tural ABŞ Fransada məxməri inqilab edir, səbəbi isə - Sensasion şərh








Fransada baş verən proseslər sözün əsl mənasında rəngli inqilabdır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Politoloq bildirib ki, bu rəngli inqilabın sifarişçisi birbaşa ABŞ-ın demokratik institutlarıdır:

“Fransa son illər Avropa İttifaqının xarici siyasətində köklü dəyişikliklər etməyə çalışır. Bu məsələ Makron hakimiyyətə gələndən sonra daha qabarıq hal alıb. Bu isə sözün əsl mənasında nəinki ABŞ-ı sarsıdıb, eləcə də əməlli-başlı qorxudub. Ona görə də ABŞ Fransada baş verən prosesləri birbaşa nəzarətdə saxlayır. Təsadüfi deyil ki, Fransanın hökumət üzvləri ABŞ-ı onların daxili işlərinə qarışmamağa çağırırlar. Bu mənada Fransada hansı rıçaqların işə salındığı və məqsədin nədən ibarət olduğu bəllidir. Məqsəd birmənalı olaraq Makron hakimiyyətini devirməkdir. Fikir verin, ölkənin iqtisadi, təsərrüfat məsələlərinə cavabdeh hökumət olsa da, məhz prezidenti tənqid edirlər. Bütün bu izlər okeanın o tərəfinə aparır və vəziyyət çox ciddidir. Hədəf birbaşa prezidentdirsə, demək, Makronun Avropa ordusu ideyası ABŞ-ı əməlli-başlı narahat edib. Bu fonda Fransada baş verənləri ABŞ-ın bu ölkəyə qarşı əks-hücum planının tərkib hissəsi adlandırmaq olar”.

Politoloq bildirib ki, Fransa özünü aparıcı qüvvə kimi ifadə etməsə, Paris hətta dağılma təhlükəsi ilə üz-üzə qala bilər:

“Çünki aksiyaların arxasında duran qruplar həm etirazçıları təmin edir, həm də onları radikallığa sövq edirlər. Ancaq zənnimcə, bu məsələlərə ən yaxın günlərdə son qoyulacaq”.
Geri qayıt