DataLife Engine > Dünya > İstanbulda yaşayış binasında güclü yanğın -

İstanbulda yaşayış binasında güclü yanğın -


7-12-2018, 08:09. Yerləşdirdi: sefa İstanbulda yaşayış binasında güclü yanğın -
İstanbulun Bayrampaşa səmtində 4 mərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

Xalqinfo.az “Habertürk”ə istinadən xəbər verir ki, hadisə zamanı aşağı mərtəbədəki sakinlər dərhal çölə qaçmağı bacarsalar da, üst mərtəbələrdə 4-ü uşaq olmaqla 7 nəfər köməksiz vəziyyətdə qalıb.

Xilasedicilərin səyləri nəticəsində onları xilas etmək mümkün olub. Dumandan təsirlənən həmin şəxslərdən üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Yanğının səbəbi hələlik məlum deyil.İstanbulda yaşayış binasında güclü yanğın -
İstanbulda yaşayış binasında güclü yanğın -
İstanbulda yaşayış binasında güclü yanğın -
Geri qayıt