DataLife Engine > Dünya > Təyyarə faciədən son anda qurtuldu

Təyyarə faciədən son anda qurtuldu


7-12-2018, 08:03. Yerləşdirdi: sefa Təyyarə faciədən son anda qurtuldu
İçərisində 112 sərnişin və 5 heyət üzvü olan təyyarə faciədən son anda qurtulub.

Xalqinfo.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ABŞ-da qeydə alınıb. "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının, Los-Anceles dairəsinin Boba-Hopa hava limanında uçuş-enmə zolağından kənara çıxıb.

Məlumata görə, 278-ci reys Oklenddən Byorbanka uçurmuş.

Hadisə zamanı təyyarədə olan 112 sərnişin və 5 heyət üzvündən heç biri xəsarət almayıb.

ABŞ-ın Mülki Aviasiyasının Federal İdarəsindən bildirilib ki, hadisəyə güclü yağış səbəb olub.
Geri qayıt