DataLife Engine > Dünya > İranda şiddətli zəlzələ: Yaralıların sayı 210-a çatdı

İranda şiddətli zəlzələ: Yaralıların sayı 210-a çatdı


26-11-2018, 00:41. Yerləşdirdi: Tural İranda şiddətli zəlzələ: Yaralıların sayı 210-a çatdı



İranın İraqla sərhəddə yerləşən Kirmanşah şəhərində 6,4 bal gücündə zəlzələ baş verib.

Xalqinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Hələ ki, hadisə ilə bağlı əlavə məlumat verilmir.

***

Zəlzələ Türkiyənin Hakkari rayonunun Şəmdinli, Yüksəkova, Çukurca və Dərəcik mahallarında da hiss edilib. Təkanlardan sonra əhali küçələrə çıxıb.

***

Təbii fəlakət nəticəsində İranın Kirmanşah vilayətində 114 nəfər xəsarət alıb.

Bu barədə "Press TV" məlumat yayıb.

***

Məlumata görə, xəsarət alanların sayı 210 nəfərə çatıb.

Yaralıların Gilyanqərb, Qəsr-e-Şirin və Sere-Pole-Zöhab şəhərlərindən olduğu deyilir.
Geri qayıt