DataLife Engine > Dünya > Misirdə avtobusa hücum etmiş terrorçular məhv edilib

Misirdə avtobusa hücum etmiş terrorçular məhv edilib


4-11-2018, 22:00. Yerləşdirdi: sefa Misirdə avtobusa hücum etmiş terrorçular məhv edilib
Misirin təhlükəsizlik qüvvələri ölkənin Əl-Minya əyalətində qibti xristianlarla dolu avtobusa hücum etmiş 19 terrorçunu məhv ediblər.

Xalqinfo.az AZƏRTAC Misirin Daxili İşlər Nazirliyinin bəyanatına istinadla xəbər verir ki, terrorçuların olduğu yer haqqında operativ məlumat alınandan sonra polis onların zərərsizləşdirilməsi üzrə əməliyyat keçirib. Əməliyyat nəticəsində bütün ekstremistlər məhv edilib.

Xatırladaq ki, noyabrın 2-də Əl-Minya əyalətində naməlum şəxslər Müqəddəs Samuil monastırına gedən qibti xristianlarla dolu avtobusu atəşə tutublar. Nəticədə 7 nəfər həlak olub, 10-dan çox insan yaralanıb.
Geri qayıt