DataLife Engine > Dünya > Polşa gəmisi Baltik dənizində batdı

Polşa gəmisi Baltik dənizində batdı


4-11-2018, 14:59. Yerləşdirdi: sefa Polşa gəmisi Baltik dənizində batdı
Baltik dənizində Polşaya məxsus gəmi batıb.

Xalqinfo.az xəbər verir ki, bu barədə Polşanın Dənizdə Axtarış və Xilasetmə Xidmətinin nümayəndəsi Rafal Qoyetsk bildirib.

Göyərtədə olan 19 nəfərin hamısı xilas edilib. Yalnız bir nəfər xəstəxanaya yerləşdirib, onun həyatına heç bir təhlükə yoxdur.

Hadisənin səbəbi bəlli deyil. Qeyd edək ki, “Nalim” gəmisi kommersiya reyslərini yerinə yetirir.
Geri qayıt