DataLife Engine > Dünya > Qəddafinin dondurulmuş bank hesablarından 5 milyon yoxa çıxıb

Qəddafinin dondurulmuş bank hesablarından 5 milyon yoxa çıxıb


31-10-2018, 22:18. Yerləşdirdi: sefa Qəddafinin dondurulmuş bank hesablarından 5 milyon yoxa çıxıb
Liviyanın keçmiş lideri Muammar Qəddafinin Belçikada dondurulmuş bank hesablarından 5 milyon avro pul yoxa çıxıb.

Xalqinfo.az xarici mətbuata istinadən xəbər verir ki, belçikalı millət vəkili Georges Gilginetin gündəmə gətirdiyi oğurluq hadisəsindən sonra BMT hərəkətə keçib və məsələni araşdırır. Gilginet BMT tərəfindən hazırlanan sənədlərin Belçikanın Liviya fondlarının hesablarının dondurulmasına əməl etmədiyini göstərdiyini bildirib. O, Qəddafinin hesabından milyonlarla avronun Liviyadakı naməlum şəxslərə ötürüldüyünü qeyd edib.

İddialara görə, pullar Liviyada daxili müharibələri maliyyələşdirmək üçün silahlı qruplaşmalara göndərilib.

Qeyd edək ki, 2011-ci ildə Qəddafinin öldürülməsindən sonra BMT onun Belçikadakı bank hesablarını dondurmaq qərarı verib. Ancaq sonra həmin hesablarda faiz gəlirlərinə heç bir maneə olmadığı üzə çıxıb.
Geri qayıt