DataLife Engine > Dünya > Putin Ərdoğana teleqram göndərdi

Putin Ərdoğana teleqram göndərdi


29-10-2018, 14:23. Yerləşdirdi: sefa Putin Ərdoğana teleqram göndərdi
Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Türkiyə Respublikasının 95-ci ildönümü münasibətilə teleqram göndərib. O, teleqramında iki ölkə arasında əməkdaşlığın inkişafından və beynəlxalq məsələlərin həllində qarşılıqlı fəaliyyətin effektliyindən bəhs edib.

Xalqinfo.az xəbər verir ki, bununla bağlı Kremlin mətbuat xidməti məlumat yayıb.

“Türkiyə Respublikasının ilk illərindən bizim ölkəmizlə dostluq, mehriban qonşuluq əlaqələri qurulub”, - teleqramda deyilir.

Putin bundan başqa, Moskva və Ankara arasındakı əməkdaşlığın inkişafının, eləcə də regional və beynəlxalq məsələlərin həllində qarşılıqlı fəaliyyətin effektivliyinin vacibliyini qeyd edib.
Geri qayıt