DataLife Engine > Dünya > Gürcüstanda seçki qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 29 fakt qeydə alınıb

Gürcüstanda seçki qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 29 fakt qeydə alınıb


28-10-2018, 20:44. Yerləşdirdi: sefa Gürcüstanda seçki qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 29 fakt qeydə alınıb
Gürcüstanda keçirilən prezident seçkilərində seçki qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 29 qanun pozuntusu qeydə alınıb.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstan daxili işlər nazirinin müavini Natia Mezvrişvili bu gün keçirdiyi brifinqdə bildirib.

O deyib ki, 29 faktın 15-i təsdiqini tapmayıb və ya cinayət tərkibli olmayıb:

“Batumi, Marneuli, Siqnaği, Kaspi, Samtredia və Axalkalakidə baş vermiş insidentlərlə bağlı 7 fakt üzrə araşdırma aparılır”.

Nazir müavini Marneulidə seçki məntəqələrinin birində baş vermiş insidentə də toxunub:

“Marneulidə mübahisə etmiş şəxslər polisə tabe olmaqdan imtina ediblər və hüquq-mühafizə orqanlarının əməkdaşları Vahid Milli Hərəkat Partiyasının və Gürcü Arzusu Partiyasının hərəsinin bir üzvünü saxlayıblar. Faktla bağlı istintaq tədbirləri həyata keçirilir”.

N.Mezvrişvili Gürcüstanın bütün bölgələrində seçkilərin sakit mühitdə keçdiyini qeyd edib.
Geri qayıt