DataLife Engine > Dünya > Gürcüstan prezidentliyinə namizəd söz savaşına çıxdı

Gürcüstan prezidentliyinə namizəd söz savaşına çıxdı


28-10-2018, 14:33. Yerləşdirdi: sefa Gürcüstan prezidentliyinə namizəd söz savaşına çıxdı
Gürcüstan prezidentliyinə namizəd, Leyborist partiyasının sədri Şalva Natelaşvili ilə seçki komissiyası üzvləri arasında söz savaşı baş verib.

Xalqinfo.az-ın vediyi xəbərə görə, Natelaşvili səsvermə üçün yaradılan şəraitdən narazılığını ifadə edib.

“Bu, əsl biabırçılıqdır. Məntəqələrdə müəyyən qruplar təşviqat aparır, bu isə qanunsuzdur. Hakimiyyət seçkilərin nəticəsini saxtalaşdırsa, mən hamını küçələrə çıxaraq bu hakimiyyəti devirməyə çağırıram”, - namizəd deyib.

Bu gün Gürcüstanda prezident seçkiləri keçirilir. Dövlət başçısı vəzifəsinə 25 namizəd var.
Geri qayıt