DataLife Engine > Dünya > Pentaqon Avropaya misilsiz sursat tədarükü həyata keçirdi

Pentaqon Avropaya misilsiz sursat tədarükü həyata keçirdi


28-10-2018, 13:20. Yerləşdirdi: sefa Pentaqon Avropaya misilsiz sursat tədarükü həyata keçirdi
Oktyabrda Pentaqon ABŞ Hərbi Hava Qüvvələrinin Almaniyadakı “Ramştayn” hərbi bazasına müxtəlif silah və sursatdan ibarət 100 konteyner göndərib.

Xalqinfo.az xəbər verir ki, bu barədə bazanın saytında bildirilir.

Bu, ABŞ üçün 1999-cu ildən başlayaraq (o zaman Amerika hərbi təyyarələri Yuqoslaviyaya 900-dən çox reyd etmişdilər) Avropaya ən böyük sursat tədarüküdür.

Qeyd olunur ki, “konteynerlər təcavüzkar oyunçulardan gələn təhlükəyə operativ cavab verilməsi” üçün nəzərdə tutulub.

“Ramştayn” hərbi bazası ABŞ Hərbi Hava Qüvvələrinin xarici ölkələrdə yerləşən ən iri dayaq nöqtəsidir.
Geri qayıt