DataLife Engine > Dünya > Ruhani Kaşıkçının qətlində ABŞ-ı ittiham etdi

Ruhani Kaşıkçının qətlində ABŞ-ı ittiham etdi


24-10-2018, 17:56. Yerləşdirdi: sefa Ruhani Kaşıkçının qətlində ABŞ-ı ittiham etdi
İran prezidenti Həsən Ruhani Amerika Birləşmiş Ştatlarına qarşı sərt ittiham səsləndirib.

Xalqinfo.az xəbər verir ki, Ruhani rəsmi saytında bəyan edib ki, səudiyyəli jurnalist Camal Kaşıkçının qətlində ABŞ-ın əli var. Onun sözlərinə görə, Amerikanın dəstəyi olmadan qatillər bu işi bacara bilməzdilər: “Mən düşünmürəm ki, Səudiyyə Ərəbistanı ABŞ-ın köməyi olmadan belə bir cinayətə qərar versin”.

Prezident cinayətin qərəzsiz araşdırılması üçün Türkiyəyə də çağırış edib.
Geri qayıt