DataLife Engine > Dünya > Putin Trampla Parisdə görüşmək istəyir

Putin Trampla Parisdə görüşmək istəyir


23-10-2018, 22:38. Yerləşdirdi: sefa Putin Trampla Parisdə görüşmək istəyir
Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla Fransanın paytaxtı Parisdə görüşmək istəyir.

Xalqinfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Putin ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla görüşü zamanı deyib. Onun sözlərinə görə, ABŞ istəyərsə, Rusiya kontakt qurmağa hazırdır:

“Əlbəttə, ABŞ prezidenti ilə birbaşa dialoqlar aparılması faydalı ola bilər. Xüsusilə bu yaxınlarda baş tutacaq beynəlxalq görüşlər ərəfəsində bu dialoq qurula bilər. Məsələn, Parisdə”.

Görüş noyabrın 11-nə planlaşdırılır.
Geri qayıt