DataLife Engine > Dünya > Gizli sənədləri mətbuata sızdıran FTB casusu həbs edildi

Gizli sənədləri mətbuata sızdıran FTB casusu həbs edildi


19-10-2018, 07:11. Yerləşdirdi: sefa Gizli sənədləri mətbuata sızdıran FTB casusu həbs edildi
70-yə yaxın sənədi mətbuata sızdıran Federal Təhqiqat Bürosu (FTB) casusu Terri Ollböri həbs edilib.

Xalqinfo.az “Haber7”yə istinadən xəbər verir ki, 2016-cı ilin fevralından 2017-ci ilin yanvarına qədər “The Intercept” saytında yayımlanan sənədlərdə FTB-nin “gizli qanunları” barədə məlumatlar yazılıb.

Məlumata görə, onların arasında fərqli milliyətlərə məxsus insanlar arasında qarşıdurmalar çıxarmaq da yer alıb.

Minnesota məhkəməsi ölkənin milli təhlükəsizliyini təhlükəyə saldığına hökm verərək Ollbörini 4 il müddətinə azadlıqdan məhrum edib.
Geri qayıt