DataLife Engine > Dünya > ABŞ dövlət katibi Kaşıkçı olayı ilə bağlı Türkiyədədir

ABŞ dövlət katibi Kaşıkçı olayı ilə bağlı Türkiyədədir


17-10-2018, 11:25. Yerləşdirdi: sefa ABŞ dövlət katibi Kaşıkçı olayı ilə bağlı Türkiyədədir
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Xalqinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qeyd edilir ki, görüş Ağ Ev rəsmisinin Ankaraya səfəri zamanı baş tutub. Rəcəb Tayyib Ərdoğanla Mayk Pompeonun görüşü Esenboğa hava limanında başlayıb. Toplantıya MİT rəhbəri Hakan Fidan və prezidentin sözçüsü Mustafa Qalın da qatılıb. Görüşdə jurnalist Camal Kaşıkçının Səudiyyə Ərəbistanının İstanbul konsulluğunda yoxa çıxması müzakirə ediləcək.

Pompeonun prezidentlə yanaşı, Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu ilə də görüşü nəzərdə tutulub.
Geri qayıt