DataLife Engine > Dünya > Adnan Oktarın villasından geriyə bu dağıntılar qaldı -

Adnan Oktarın villasından geriyə bu dağıntılar qaldı -

17-10-2018, 08:17. Yerləşdirdi: sefa Adnan Oktarın villasından geriyə bu dağıntılar qaldı -
Türkiyədə təriqət lideri, müxtəlif cinayətlərdə ittiham edilərək həbs edilən Adnan Oktarın İstanbulun Qandilli səmtindəki villası sökülüb.

Xalqinfo.az “Posta”ya istinadən xəbər verir ki, 2 həftə öncə start verilən söküntü işləri nəticəsində ərazidəki bütün qanunsuz tikililər dağıdılıb.

Hazırda dağıntıların daşınaraq ərazidən çıxarılır.

Bir zamanlar Adnan Oktarın “kediciklər” adlandırdığı “müridləri” ilə lüks həyat yaşadığı villadan isə geriyə qalan mənzərə səmadan çəkilişlə görüntülənib.

Xatırladaq ki, 11 iyulda səhər saatlarında İstanbul daxil olmaqla, eyni anda 4 ünvanda keçirilən xüsusi əməliyyatla Adnan Oktarla yanaşı 235 müridi də saxlanılmışdı.

Əməliyyatdan bir neçə gün sonra isə Adnan Oktarın İstanbulun Çəngəlköy səmtindəki 30 hektar ərazini əhatə edən 100 otaqlı villasından isə külli miqdarda pul, müxtəlif silahlar və digər əşyalar maddi sübut kimi polislər tərəfində müsadirə edilib.

Həmçinin, villadakı çoxlu sayda lüks avtomobillər də evakuataor vasitəsilə daşınıb. Bundan başqa, onun sahibi olduğu digər mülklərə həbs qoyulub, şirkətlərinə isə qəyyumlar təyin edilib.

Geri qayıt