DataLife Engine > Dünya > “FED mənim üçün ən böyük təhdiddir” -

“FED mənim üçün ən böyük təhdiddir” -


17-10-2018, 07:14. Yerləşdirdi: sefa “FED mənim üçün ən böyük təhdiddir” -
ABŞ prezidenti Donald Tramp ölkənin Federal Ehtiyat Sisteminin (FED - mərkəzi bank) tez-tez faizləri artırdığını bildirərək qurumu yenidən tənqid edib.

Xalqinfo.az xəbər verir ki, o, “Fox Business”a verdiyi açıqlamada FED-in onun üçün böyük təhdid olduğunu söyləyib.

Bank müstəqil olduğu üçün valyuta siyasəti ilə bağlı FED rəhbəri Cerom Pouellə görüşmədiyini deyən Tramp, Pouellin etdiklərindən razı olmadığını vurğulayıb.

Qeyd edək ki, D.Tramp prezident seçildikdən sonra FED 6 dəfə uçot dərəcəsini artırıb.
Geri qayıt