DataLife Engine > Dünya > Liviyanın beynəlxalq hava limanı atəşə tutulub

Liviyanın beynəlxalq hava limanı atəşə tutulub


17-10-2018, 06:47. Yerləşdirdi: sefa Liviyanın beynəlxalq hava limanı atəşə tutulub
Liviyanın paytaxtı Tripoli şəhərində fəaliyyət göstərən “Mitigə” beynəlxalq hava limanının ərazisi atəşə tutulub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, dispetçer xidməti rəisi Xalid Əbu Qreisin sözlərinə görə, yaxınlıqda partlayan üç minaatan mərmisi aeroporta heç bir ziyan vurmayıb və hava limanının gündəlik fəaliyyətini pozmayıb.

Qeyd edək ki, bu il avqustun 26-dan Tripolidə silahlı qruplar arasında döyüşlərdə 120-yə yaxın insanın həlak olub. Sentyabrın sonunda atəşkəs əldə olunsa da, ötən müddət ərzində “Mitigə” hava limanı bir neçə dəfə atəşə tutulub, nəticədə reyslərdə fasilələr yaranıb.
Geri qayıt