DataLife Engine > Dünya > İran nefti üçün yeni alıcılar tapdı

İran nefti üçün yeni alıcılar tapdı


14-10-2018, 17:32. Yerləşdirdi: sefa İran nefti üçün yeni alıcılar tapdı
İranın birinci vitse-prezidenti İshaq Cahangiri bəyan edib ki, ölkəsi nefti üçün yeni alıcılar tapıb.

Xalqinfo.az-ın ISNA-ya istinadla verdiyi xəbərə görə, Cahangiri əvvəllər İslam Respublikasından neft almayan dövlətlərin hazırda “qara qızıl”ın alınması üçün yollar aradıqlarını vurğulayıb.

“Bəzi ölkələr İran neftindən imtina etsələr də, biz yeni tərəfdaşlar tapdıq”, - İran rəsmisi bəyan edib.

O həmçinin qeyd edib ki, İran hazırki tərəfdaşları ilə də danışıqlar aparıb.
Geri qayıt