DataLife Engine > Dünya > Qırğızıstanın XİN başçısı səfirin açıqlamasından sonra istefa verib

Qırğızıstanın XİN başçısı səfirin açıqlamasından sonra istefa verib


12-10-2018, 14:54. Yerləşdirdi: sefa Qırğızıstanın XİN başçısı səfirin açıqlamasından sonra istefa veribQırğızıstanın XİN başçısı Erlan Abdıldayev istefa verib.

Xalqinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir ölkənin Koreyadakı səfirinin açıqlamalarından sonra istefa vermək məcburiyyətində qalıb. Dövlət başçısı onun istefa ərizəsini qəbul edib.

Qeyd edilir ki, sentyabrın sonlarında Qırğızıstanın Seuldakı səfiri Kılıçbek Sultan Bişkekdə mətbuat konfransı keçirərək 2015-2016-cı illərdə - Erlan Abdıldayevin Malayziyadakı diplomatik missiyaya, həmçinin XİN-ə rəhbərlik etdiyi dönəmdə səfirlik əməkdaşlarının qanun pozuntularına yol verməsinə dair faktlar açıqlayıb.

Araşdırma zamanı Qırğızıstan Təhlükəsizlik Şurası işgüzar sənədlərin müntəzəm olaraq sızması və XİN-də zəif kadr siyasətini ortaya çıxarıb.
Geri qayıt