DataLife Engine > Dünya > İspaniyada son 25 ilin ən dəhşətli daşqını, ölənlər var

İspaniyada son 25 ilin ən dəhşətli daşqını, ölənlər var


11-10-2018, 17:14. Yerləşdirdi: sefa İspaniyada son 25 ilin ən dəhşətli daşqını, ölənlər varİspaniyanın turistik Mayorka adasında baş verən daşqınlarda 10 nəfər ölüb, üç nəfər itkin düşüb.

Xalqinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, itkin düşənlərdən biri uşaq, digərləri Alman vətəndaşlarıdır. Hazırda onların axtarışı davam etdirilir.

İtkin düşən beş yaşlı uşaqdır. O, anası və bacısı ilə maşınla gedərkən daşqına düşüb. Ana qızını xilas edə bilsə də, oğlundan xəbər yoxdur.

Qeyd edək ki, İspaniyada son 25 ildə daşqında bu qədər insan tələfatı ilk dəfədir qeydə alınır.

Təbii fəlakət nəticəsində evlər su ilə dolub, su axını maşınları aşırıb, təxminən 200 insan evakuasiya edilib, onlarla yol bağlanıb, bir çox ev elektrik enerjisiz qalıb, məktəblərdə tətil elan edilib.

***

Daşqında ölənlərin sayı 12-yə çatıb.

İspaniyada son 25 ilin ən dəhşətli daşqını, ölənlər var
Geri qayıt