DataLife Engine > Dünya > Trampla Putini görüşdürəcəklər -

Trampla Putini görüşdürəcəklər -


10-10-2018, 23:30. Yerləşdirdi: sefa Trampla Putini görüşdürəcəklər -
Rusiyanın Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək növbəti görüşün vaxtı məlum olub.

Xalqinfo.az "RİA Novosti”yə istinadən xəbər verir ki, liderlər arasında görüş gələn ilin əvvəlində Finlandiyada baş tuta bilər.

Məlumata görə, hər iki lider Finlandiyanın sədrlik etdiyi Arktika Şurasının 2019-cu ilin birinci yarısında keçirilməsi nəzərdə tutulan zirvə görüşünə dəvət ediliblər.

Hazırda gürüşün tarixi razılaşdırılır. Mümkün variantlardan biri 14 fevral - Müqəddəs Valentin günü göstərilir.

Qeyd edək ki, Donald Trampla Vladimir Putin arasında sonuncu görüş bu il iyulun 16-da Finlandiyanın paytaxtı Helsinki şəhərində keçirilib.
Geri qayıt