DataLife Engine > Dünya, MANŞET > İnterpol rəhbəri tapıldı - İstintaqa cəlb edilib

İnterpol rəhbəri tapıldı - İstintaqa cəlb edilib


7-10-2018, 22:31. Yerləşdirdi: sefa İnterpol rəhbəri tapıldı - İstintaqa cəlb edilib
Beynəlxalq Cinayət Polisi İdarəsinin (İnterpol) rəhbəri Men Hunbeyanın yoxa çıxması ilə bağlı Çin Kommunist Partiyası Mərkəzi Nəzarət Təftiş Komissiyasından açıqlama verilib.

Xalqinfo.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Komissiya Men Hunbeyanın qanunu pozduğu üçün istintaqa cəlb edildiyini açıqlayıb.

Xatırladaq ki, İnterpol təşkilatından Hunbeyanın sentyabrın sonunda Çinə getdiyi və bir daha ondan xəbər alınmadığı bildirilmişdi.

Qeyd edək ki, İnterpol rəhbəri həm də Çin ictimai təhlükəsizlik nazirinin müavinidir.


Geri qayıt