DataLife Engine > Dünya, BLOK XƏBƏR, MANŞET > Suriya hərbçiləri səhvən Rusiya təyyarəsini vurdu - 14 hərbçi öldü

Suriya hərbçiləri səhvən Rusiya təyyarəsini vurdu - 14 hərbçi öldü


18-09-2018, 12:31. Yerləşdirdi: sefa Suriya hərbçiləri səhvən Rusiya təyyarəsini vurdu - 14 hərbçi öldü
Aralıq dənizi üzərində Rusiyanın "İl-20" tipli hərbi təyyarəsi Suriyanın Hava Müdafiə Qüvvələri tərəfindən səhvən vurulub.

Xalqinfo.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat yayan ABŞ hökumətindəki mənbələrə görə, hadisə Latakiya əyalətindəki hərbi obyektlərə İsrail aviasiyasının hücümunu dəf edərkən baş verib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, vurulan təyyarədə 14 hərbçi olub.

İsrail Ordusu Suriyaya zərbə endirdiklərinə dair Rusiya tərəfinin bəyanatını şərh etməyib.
Geri qayıt