DataLife Engine > Dünya > ABŞ BMT Təhlükəsizlik Şurasının iclasını çağırdı

ABŞ BMT Təhlükəsizlik Şurasının iclasını çağırdı


15-09-2018, 16:53. Yerləşdirdi: sefa ABŞ BMT Təhlükəsizlik Şurasının iclasını çağırdıABŞ bir sıra ölkələrin Şimali Koreyaya qarşı sanksiyalara əməl etməməsini əsas gətirərək BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Xalqinfo.az “Associated Press” istinadən xəbər verir ki, ABŞ BMT-dəki daimi nümayəndəsi Nikki Heylinin sözlərinə görə, eskpertlər Şimali Koreyaya neft tədarükünə dair hesabat hazırlamalıdırlar.

O qeyd edib ki, tədarükün bir qismi Rusiya gəmiləri vasitəsi ilə həyata keçirilir.

ABŞ dövlət katibi Mayk Pompeo isə Rusiyanı BMT Təhlükəsizlik Şurasının Şimali Koreya üzrə komitəsinə təsir göstərmək cəhdində ittiham edib.

Qeyd edək ki, ABŞ sanksiyalardan yan keçməklə, Şimali Koreyaya neft məhsullarını daşıyan gəmilərin hərəkətini izləyəcək mərkəz yaratmaq qərarına gəlib.
Geri qayıt