DataLife Engine > Dünya > 300 milyonu mənimsəyən eks-prezidentə 10 il həbs verildi

300 milyonu mənimsəyən eks-prezidentə 10 il həbs verildi


13-09-2018, 12:12. Yerləşdirdi: sefa 300 milyonu mənimsəyən eks-prezidentə 10 il həbs verildiSalvadorun eks-prezidenti Antonio Saka çirkli pulların yuyulmasında və 300 milyon dollar dövlət vəsaitini mənimsəməkdə ittiham olunaraq 10 il həbs cəzası alıb.

Xalqinfo.az "Reuters"ə istinadən xəbər verir ki, Sakaya hər ittiham üzrə ayrılıqda 5 il həbs cəzası verilib. Məhkəmə, həmçinin 260 milyon dolları dövlətə qaytarmaqla bağlı eks-prezidentin üzərində öhdəlik qoyub.

Eks-prezidentlə yanaşı, məhkəmə onun hökumətinin altı keçmiş üzvünə 3 ildən 16 ilə qədər həbs cəzası verib.

Antonio Saka irəli sürülən ittihamları qəbul edib.

Qeyd edək ki, o, 2004-2009-cu illərdə Salvadora rəhbərlik edib. 2016-cı ildə oğlunun toy mərasimində saxlanılıb.


Geri qayıt