DataLife Engine > Dünya > NASA Ayda stansiya inşa edəcək

NASA Ayda stansiya inşa edəcək


11-09-2018, 22:44. Yerləşdirdi: sefa NASA Ayda stansiya inşa edəcəkABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Ayın orbitində kosmik stansiya tikməyi planlaşdırır.

Xalqinfo.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, “Ay Orbital Platforması - Əsas qapı” adı veriləcək 55 tonluq stansiyanın ilk hissəsi 2022-ci ildə göndəriləcək.

Kosmonavtların qalacağı yer, hava açarı və digər ehtiyat hissələri isə daha sonra stansiyanın yerləşəcəyi yerə aparılacaq. Stansiyanın inşasında “Orion” kapsulu və “SLS” roketindən istifadə ediləcək.

Ümumi ərazisi 388 kv.m təşkil edəcək stansiyada eyni anda 4 kosmonavt qala biləcək.

“Ay Orbital Platforması - Əsas qapı”nın elmi araşdırmalara yeni təkan verməsi gözlənilir.


Geri qayıt