DataLife Engine > Dünya, BLOK XƏBƏR > “Ölkəmizdəki suriyalılar təcili köçürülməlidir” -

“Ölkəmizdəki suriyalılar təcili köçürülməlidir” -


9-09-2018, 12:28. Yerləşdirdi: Tural “Ölkəmizdəki suriyalılar təcili köçürülməlidir” -




“Türkiyə türk millətinindir. Anadolu türk vətənidir. Ölkəmizdəki suriyalıların təhlükəsiz şəkildə öz yurdlarına köçürülməsi təcili planlaşdırılıb, həyata keçirilməlidir”. Modern.az xəbər verir ki, belə bir iddia ilə MHP lideri Dövlət Baxçalı çıxış edib.



O bildirib ki, Suriyada atəşkəs rejimi bərpa olunmalıdır: “Sərhədlərimizə çəkdiyimiz divarların aşılması, yeni köç axını millət varlığının gələcəyini qaraldacaqdır. Dünənki Tehran zirvəsi əhəmiyyətli və qiymətlidir. Suriyada atəşkəs rejiminin təmin edilməsi demokratik və siyasi keçid dövründə zəruridir. Bu zəruriyyətin təmin edilməsində əlaqəli bütün ölkələr tarix və insanlıq qarşısında məsuliyyət daşıyırlar".
Geri qayıt